Frequently Asked Questions

Answers to frequently asked questions about EZ Innovative Solutions, our products, services, and partnership opportunities.

Ümumi
EZ İnnovativ Həllər MMC təhsil və biznes sahəsində real ehtiyaclara cavab verən innovativ rəqəmsal məhsul və həllər yaradan Azərbaycan texnologiya şirkətidir.
Təhsil texnologiyaları, rəqəmsal qiymətləndirmə və sınaq sistemləri, korporativ veb həllər, fərdiləşdirilmiş rəqəmsal xidmətlər, bilik yarışları və müasir texnologiyalar üzrə təlimlər əsas fəaliyyət istiqamətlərimizdəndir.
Məqsədimiz real ehtiyaclara cavab verən innovativ rəqəmsal məhsullar yaratmaq, onları davamlı inkişaf etdirmək və Azərbaycanda formalaşdırdığımız həlləri gələcəkdə daha geniş, o cümlədən beynəlxalq bazarlara çıxarmaqdır.
Məhsullar
EZ İnnovativ Həllər təhsil və biznes sahəsində müxtəlif rəqəmsal məhsullar yaradır və inkişaf etdirir. Əsas məhsullarımız sırasında SUALCAVAB.COM, Mini-SUALCAVAB və korporativ veb həllər yer alır. Yeni məhsulların hazırlanması və mövcud məhsulların inkişafı davamlı olaraq həyata keçirilir.
Xidmətlər
Xidmətlərimizdən şagirdlər, valideynlər, müəllimlər, repetitorlar, məktəblər, tədris mərkəzləri, şirkətlər və digər təşkilatlar ehtiyaclarına uyğun olaraq istifadə edə bilərlər.
Bəli. Ehtiyac və layihənin məqsədi təhlil edildikdən sonra fərdi və korporativ müştərilər üçün uyğun rəqəmsal və texnoloji həllərin hazırlanması imkanını qiymətləndiririk.
Şagirdlər
SUALCAVAB-da şagirdlər üçün mütəmadi olaraq xüsusi kampaniyalar və endirimlər elan olunur. “Ayın şagirdi” seçilən istifadəçilər üçün isə davamlı olaraq xüsusi imtiyazlar, endirimlər və təşviqlər nəzərdə tutulur. Yeni kampaniyaları və fürsətləri qaçırmamaq üçün SUALCAVAB WhatsApp kanalını izləyin: https://whatsapp.com/channel/0029VbBGFrZJZg41u7CxXB0E
Müəllimlər və repetitorlar
```html

Müəllim və repetitorlar bizimlə bir neçə istiqamətdə əməkdaşlıq edərək həm öz auditoriyalarına əlavə imkanlar təqdim edə, həm də gəlir əldə edə bilərlər:

  • Ekspert müəllim — SUALCAVAB-da müəyyən edilmiş sinif və fənn üzrə sınaq sualları hazırlayaraq platformada yerləşdirir və həmin sınaqların satışından gəlir əldə edir.
  • Xüsusi promokod — hər bir müəllim SUALCAVAB-dan özünəməxsus promokod əldə edə bilər. Müəllim bu promokod vasitəsilə şagirdlərinə xüsusi endirim təqdim edə və SUALCAVAB-ın auditoriyasının genişlənməsinə töhfə verdiyi üçün gəlir əldə edə bilər.
  • Sınaqların hazırlanması və təqdim edilməsi — müəllimlər gələcək sınaq platformalarımızda buraxılış, blok imtahanları, olimpiadalar və beynəlxalq dil imtahanları üzrə öz sınaqlarını hazırlayıb şagird auditoriyasına təqdim etmək imkanından yararlana bilərlər.
  • Təhsil tərəfdaşlığı — müəllim və repetitorlarla yeni təhsil məhsulları, layihələr, bilik yarışları və digər qarşılıqlı faydalı əməkdaşlıq modellərini də nəzərdən keçiririk.
```
Korporativ
Bəli. Məktəblər, tədris mərkəzləri, şirkətlər və digər təşkilatlar üçün bilik qiymətləndirilməsi, fərdiləşdirilmiş sınaqlar, onlayn bilik yarışları, rəqəmsal platformalar və digər xüsusi layihələr həyata keçiririk.
Biznes ortaqlığı, Parnyorluq

Bəli. EZ İnnovativ Həllər MMC məhsul və xidmətlərinin daha geniş auditoriyaya çatdırılmasına töhfə verən şəxslər və qurumlarla biznes ortaqlığına açıqdır.

Bloqerlər, müəllimlər, təhsil müəssisələri, şirkətlər və digər tərəfdaşlar müxtəlif əməkdaşlıq modelləri çərçivəsində məhsullarımızın tanıdılması və satışından gəlir əldə etmək imkanı qazana bilərlər.

Əməkdaşlıq
Bəli. Təhsil, texnologiya və rəqəmsal həllər istiqamətində perspektivli layihə və əməkdaşlıq təkliflərini dəyərləndirməyə açığıq. İdeyanız və ya təklifiniz barədə bizimlə əlaqə saxlaya bilərsiniz.
Bəli. Müəllimlər, təhsil müəssisələri, şirkətlər, ekspertlər, media və digər maraqlı tərəflərlə qarşılıqlı fayda yaradan müxtəlif əməkdaşlıq modellərinə açığıq.
Əlaqə
Məhsullarımız, xidmətlərimiz, layihələr və əməkdaşlıq imkanları ilə bağlı saytımızın Əlaqə bölməsindən, elektron poçt və ya telefon vasitəsilə bizimlə əlaqə saxlaya bilərsiniz.